featured-image-21340

“Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann Serj Qnabrini Paris Moda Həftəsinə getdiyi üçün günahlandırmayıb.

Msport.az “Sport1″ə istinadən xəbər verir ki, Almaniya klubunun hücumçusu boş vaxtında tədbirə baş çəkərək yeni geyimdə bəzi fotolarını sosial şəbəkədə paylaşıb:

“Burda heç bir məhdudiyyət yoxdur. Əlbəttə, sən məşqçi kimi çox şey fikirləşirsən. Mən əminəm ki, futbolçu boş vaxtlarında istədiyini edə bilər. Əsas odur ki, meydanda hər zaman düzgün münasibət olsun.

Mən bəzən rəhbərliyim qarşısında “bazar günü niyə istirahət günü olub” sualına aydınlıq gətiririəm və yaxud 1:1-lik heç-heçədən sonra niyə məşq yoxdur.

Bütün cavablar meydanda verilməlidir. Sənin Parisdə olub-olmamağının bir əhəmiyyəti yoxdur. Əgər sən buna görə pis formadasansa, bu yaxşı deyil.

Bir sözlə, işçiyə gündəlik cədvəl təyin etmək olmaz ki, o, səhər 10-da kilsəyə getsin, 12-də nahar etsin, 2-də bir az mürgüləsin, 4-də də ARD kanalından “Leopard, aslan və komandası” sənədli filminə baxsın. O, boş vaxtını elə təşkil etməlidir ki, xoşbəxt olsun. Lakin bu, həmişə işə xeyir verməlidir”.

Naqelsmann Qnabrinin şəkil çəkdirdiyi geyimlər barədə də danışıb: “Mənə cəmi bir neçə şəkil göndəriblər. Hər kəsin zövqü fərqlidir. Lakin bu, onu qane edir. Mənə qalanda, yox, geyinməzdim”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər