featured-image-52523

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə bilyard üzrə açıq muxtar respublika birinciliyi təşkil olunacaq.

Msport.az xəbər verir ki, yarış avqustun 31-də Naxçıvanın “Marvel” Bilyard Klubunda keçirləcək.

Birincilik Naxçıvanın müxtəlif bölgələrinin bilyard ustalarını və həvəskarlarını bir araya gətirmək məqsədi daşıyır. Turnirdə həm təcrübəli oyunçular, həm də bu idmana yeni başlayan gənclər iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil edilir.

Bənzər xəbərlər