Nazim Süleymanovun iş yeri dəyişdi
Nazim Süleymanov Rusiya klubu “Ximki”də iş yerini dəyişib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis yenidən U-19 komandasına rəhbərlik edəcək.
Əvvəllər bu komandanın sükanı arxasında olan millimizin sabiq üzvü 2022-ci ilin sentyabrından əvəzedicilərdə çalışıb. Klub rəhbərliyi onu yenidən U-19-a qaytarmaq qərarına gəlib.
Əvəzedici komandaya isə Rinat Bilyaletdinov baş məşqçi təyin olunub.







