Nazirlikdə mətbuat katibləri ilə görüş
Gənclər və İdman Nazirliyində idman federasiyalarının mətbuat katibləri və marketinq mütəxəssisləri ilə görüş keçirilib.
Msport.az xəbər verir ki, görüşdə idman mediası ilə iş, kommunikasiya, marketinq və digər məsələlər barədə fikir mübadiləsi aparılıb, mətbuat katiblərini narahat edən məsələlər və təkliflər dinlənilib.
İclasda həmçinin sosial media, mətbuat katibləri üçün treninqlərin təşkili, tədbirlərin təşkilində koordinasiya və digər mövzular üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev də iştirak ediblər.