featured-image-50351

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu gücləndirib.

Msport.az xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb.

ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 matçda iştirak edib.

Son mövsümü Polşanın “Slask” klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 görüş keçirib.

Bənzər xəbərlər