NBA-da tarixi rekord
Milli Basketbol Assosasiyasında (NBA) çıxış edən “Denver Naqqets”in hücumçusu Nikola Yokiç tarixi rekorda imza atıb.
Msport.az xəbər verir ki, o, NBA-da tripl-dabl edən ilk oyunçu ünvanına yiyələnib.
“Denver Naqqets”in müntəzəm çempionatda “Minnesota”nı 140:139 hesabı ilə məğlub etdiyi matçda serbiyalı basketbolçu 61 xal qazanıb.
Yokiç həmin matçda eyni zamanda 10 ribaund və 10 məhsuldar ötürmə ilə diqqət çəkib.