featured-image-26406

“Neftçi” Misli Premyer Liqasının XXVIII turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.

Msport.az xəbər verir ki, martın 25-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş “Qəbələ” ilə yoxlama oyunundan (1:2) sonra bir günlük istirahətə buraxılan komanda dünəndən məşqləri bərpa edib.

“Ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi-2”nin 8 üzvü iştirak edib.

Qeyd edək ki, aprelin 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.

Bənzər xəbərlər