featured-image-25513

“Neftçi” AFFA Hakimlər Komitəsinə söz atıb.

Msport.az-ın məlumatına görə, klub rəsmi feysbuk səhifəsində paylaşdığı video ilə “Kəpəz”ə qarşı Misli Premyer Liqasının XXVII tur oyununda VAR hakimlərinin işini tənqid edib.

Sözügedən matçda Yeqor Boqomolskinin vurduğu qol oyundankənar vəziyyətə görə qeydə alınmayıb. “Ağ-qaralar” video-təkrar zamanı ofsayd xəttinin düz çəkilmədiyini iddia ediblər.

Paylaşımda “Əyri xətkeşlə yarıda kəsilən qol sevincimiz” ifadəsi yazılıb.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər