featured-image-20896

“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Msport.az xəbər verir ki, Belek bölgəsindəki “Qloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” bu gün son məşqə çıxıb.

Əsasən toplu və taktiki çalışmalara üstünlük verilən məşqlə həm də sabah keçiriləcək “Srvena Zvezda” ilə yoxlama oyununa hazırlıq başa çatıb.

Bakı vaxtı ilə saat 18:00-da “Calista Sport Center”də baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Bakıya qayıdacaq.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Bənzər xəbərlər