"Neftçi" Arveladze ilə bağlı açıqlama yaydı
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vato Arveladze ilə başa çatan müqavilə yenilənməyib.
Ötən ilin avqustunda transfer olunmuş gürcüstanlı hücunçu “Neftçi”nin heyətində 20 rəsmi oyunda meydana çıxıb. Klub daha əvvəl Sezar Meza Kolli ilə yollarını ayırdığını xəbər vermişdi.







