featured-image-29152

“Neftchi Baku” fan səhifəsi komandanın gələcəyi ilə bağlı sorğu keçirir. Msport.az xəbər verir ki, azarkeşlərə “sizcə kim dəyişməlidir” sualı ünvanlanıb.

Qeyd edək ki, sorğu Azərbaycan kubokunun final oyununa kimi davam edəcək.

526 nəfərin qatıldığı sorğuda respondetlər ən çox “rəhbərlik getməlidir” variantını dəstəkləyiblər – 54 faiz.

“Rəhbərlik və məşqçilər” variantına 38 faiz səs verib. 4 faiz belə düşünür ki, rəhbərlik və oyunçular dəyişməlidirlər. 2 faiz isə günahın sırf futbolçuların üzərində olduğunu düşünür. 1 faiz “məşqçilər”, 1 faiz də “məşqçilər və oyunçular” variantına üstünlük veriblər.

AYXAN

Bənzər xəbərlər