featured-image-35733

3×3 basketbolu üzrə qadınlardan ibarət “Neftçi” komandası Dünya Qadın Seriyasının Melilya mərhələsində bu gün növbəti oyunu keçirəcək.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində ABŞ millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:25-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” qrupda “Yuanda” (Çin) klubuna 9-21 hesabı ilə uduzub, Portuqaliya yığmasına isə 21:17 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər