“Neftçi”də azarkeşlərlə görüş olacaq
“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.
Msport.az xəbər verir ki, məşq iyulun 18-də saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.
Klub hazırlığı canlı izləmək üçün “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşləri tribunalara dəvət edib.







