"Neftçi"də iki itki - "Qəbələ"yə qarşı oynamayacaqlar
“Neftçi”nin zədəli futbolçuları Ataa Caber və Vato Arveladzenin son durumu bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
O, hər iki oyunçunun fərdi məşqlərlə kifayətləndiyini bildirib.
Qeyd edək ki, “ağ-qaralar” bu gün Azərbaycan Premyer Liqasının XXX turunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.







