"Neftçi"dən aşağı liqa klubuna
“Neftçi”dən ayrılan Mert Çelikin yeni komandası bəlli olub.
Msport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Bandırmaspor”a keçib.
Müqavilə ilə “Başakşehir”ə məxsus olan oyunçu I Liqa təmsilçisinə icarəyə verilib.
Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından bu yana “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.
Qeyd edək ki, “Neftçi” daha əvvəl Sezar Meza Kolli və Vato Arveladze ilə əməkdaşlığa son qoyub.







