featured-image-81958

 

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Msport.az xəbər verir ki, “ağ-qaralar” Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana ilə anlaşıb.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.

O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

Bənzər xəbərlər