"Neftçi"dən hakimlərə etiraz: "Özünə başqa peşə axtarsın, ayıbdır... - VİDEO
“Neftçi” U-14 Liqasının “Səbail”lə yarımfinal mərhələsinin ilk oyunundakı hakim idarəçiliyindən narazı qalıb.
Msport.az xəbər verir ki, paytaxt klubu sosial şəbəkə hesabında paylaşdığı video ilə 77-ci dəqiqədə ofsayd səbəbilə sayılmayan qola görə etiraz edib.
“U-14 Liqasının 1/2 final mərhələsinin ilk oyununda komandamızın hakim tərəfindən sayılmayan qolu. Oyunun “qəhrəmanlar”ı baş hakim Murad Səlimov, köməkçiləri Rasim Axundov və Zakir Şükürzadə”, – paylaşımda qeyd olunub.
“Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev isə şəxsi feysbuk səhifəsində bunları yazıb: “Heç olmasa uşaq futbolunda bunu eləməyin də…Buna oyundan kənar deyən hakim özünə başqa peşə axtarsın. Ayıbdır…”.
CAHİD