"Neftçi"dən macarıstanlı müdafiəçi üçün "gülünc" təklif
“Neftçi” “Sepsi” komandasının futbolçusu Mark Tamaşa təklif göndərib.
Msport.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Laslo Dioşegi açıqlama verib.
Onun sözlərinə görə, “ağ-qaralar” macarıstanlı müdafiəçi üçün Rumıniya təmsilçisinə 100 000 avro təzminat təklif ediblər.
Funksioner bildirib ki, məbləğ klubun tələbindən çox aşağıdır: “Olduqca gülünc məbləğdir. “Tamaş xaricə getmək istəyir. Bütün günü bunu düşünürük. Bizdən xoşu gəlmir. Burda qalmaq, məşq etmək belə istəmir. Lakin futbolçu klubu özbaşına tərk edə bilməz. Onun 200 və ya 300 min avro qiyməti var. Kimsə bu məbləği versə, onu buraxa bilərik”.
Qeyd edək ki, “Neftçi” daha əvvəl ÇFR-dən 400 min avroya Yuri Matiası transfer edib.