“Neftçi”dən Yusuf Lavalın durumu ilə bağlı rəsmi açıqlama
Premyer Liqanın 11-ci turu çərçivəsində oktyabrın 23-də “Bakcell Arena”da keçirilmiş “Sabah”la matçın ilk hissəsində zədələnmiş “Neftçi”nin futbolçusu Yusuf Laval klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Msport.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.