featured-image-33407

Msport.az xəbər verir ki, “ağ-qaralar” “Fənərbaxça” ilə üz-üzə gələcək.

“Smena” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Paytaxt klubu ilk matçda Rusiya “Zenit”inə 1:3, daha sonra Serbiyanın “Srvena Zvezda” komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, “Neftçi” iyulun 18-də yoldaşlıq oyununda Moskva “Spartak”ı ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

“Neftçi” – “Fənərbaxça” 0:1

Qol: E.Dzeko, 72

İvan Brkiç, Höccət Haqverdi, Kenni Sayef, Azər Əliyev, Emin Mahmudov, Mateus Saldanya, Filip Ozobiç, Kilian Lebon, Eddi İsrafilov, Azər Salahlı, Ömər Buludov.

 

Bənzər xəbərlər