featured-image-30708

Azərbaycan millisinin üzvü Emin Mahmudovun “Neftçi”dəki taleyi hələ bəlli deyil.

Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevin Msport.az saytına verdiyi məlumata görə, bütün suallara “Qəbələ” ilə ölkə kubokunun final oyunundan sonra aydınlıq gələcək.

“Neftçi” rəsmisi 31 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdiklərini və gözləmə mövqeyində olduqlarını xatırladıb. O bildirib ki, Mahmudovun Asiyaya yollanacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Allahverdiyevin Laurentsiu Regekampfla bağlı məsələnin də açıq qaldığını diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.

CAHİD

Bənzər xəbərlər