featured-image-10165

Avstriyanın “Rapid” komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Xoşbəxtlikdən göyün 7-ci qatındayıq. İki oyuna görə növbəti mərhələyə keçməyə layiq idik.Biz heç vaxt irəli getməyə tərəddüd etmədik və bir saniyə belə özünə inamı itirmədik.

Əlbəttə, işimizi xeyli çətinə saldıq. Qapıya 30-dan çox zərbə vurduğumuz ilk oyunda cütün taleyini həll etməli idik. Bununla belə, özümüzlə fəxr etməliyik ki, bu işi bacardıq”.

 

Bənzər xəbərlər