"Neftçi" ilə oyun öncəsində "Sumqayıt"da ciddi itkilər
“Sumqayıt” Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Neftçi” ilə oyuna ciddi itkilərlə çıxacaq. Msport.az xəbər verir ki, Samir Abasov iki aparıcı futbolçusunun xidmətlərindən yararlana bilməyəcək.
Stiven Pereyra və Vüqar Mustafayev cəzalı olduqlarından “ağ-qaralar”la oyunda forma geyinməyəcəklər. Kabo-Verdədən olan müdafiəçi “Turan Tovuz”la matçda (3:2) mövsümdə 8-ci sarı vərəqəsini alıb.
Mustafayev isə həmin görüşdə birbaşa qırmızı vərəqə görüb və 2 oyunluq cəzalanıb.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” görüşü aprelin 8-də saat 20:00-da başlayacaq.
AYXAN







