featured-image-16224

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Futzal üzrə I Liqanın III turunun VİFLY – “Baku Fire-2” oyununda VİFLY klubunun oyunçusu Rəsul Əlizadə qeyri-idman hərəkətinə görə bir oyununda ikinci sarı almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə I Liqanın III turunun “Alyans Qrup” – “Şamaxı” oyununda “Alyans Qrup”un baş məşqçisi Şəhriyar Cəlalov davamlı etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Alyans Qrup”un oyunçusu Elçin Zeynalov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə II Liqanın III turunun “Çinar Zəngilan” – “Baku Fire-3” oyununda “Çinar Zəngilan”ın qapıçısı Orxan Əliyev rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Marxal” – “Neftçi” PFK oyununda “Marxal”ın heyəti oyuna gəlmədiyi üçün “Marxal” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib.

Bənzər xəbərlər