featured-image-24233

“Qarabağ” və “Neftçi”nin U-12 komandası Türkiyədə keçiriləcək “İzmir Cup” turnirində mübarizə aparacaq.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri 72 iştirakçı sırasında yer alacaqlar.

Apreldə keçiriləcək turnirin artıq 66 iştirakçısı məlumdur. Onlar arasında İtaliyanın “Yuventus”, Fransanın PSJ, Almaniyanın “Bayern”, İngiltərənin “Mançester Siti” və “Çelsi” kimi komandaları da var.

Türkiyənin “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” olmaqla bir çox komandası yarışda mübarizə aparacaq.

“İzmir Cup” aprelin 6-9-u aralığında keçiriləcək.

Bənzər xəbərlər