featured-image-29702

“Neftçi” keçmiş futbolçusu Mirabdulla Abbasova borcunu ödəyib.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Oyunçuların Statusu və Transferi Komitəsi 28 yaşlı hücumçunun paytaxt klubuna qarşı işi ilə bağlı tələbinin təmin olunduğunu açıqlayıb.

“1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, iddiaçının tələb etdiyi 80 000 manat kompensasiya məbləğinin qalan 23 585,5 manatı “Neftçi” tərəfindən ödənilib.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Səbail”ə keçib.

Bənzər xəbərlər