featured-image-30247

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 35-ci turunda Qəbələdə “Kəpəz”lə üz-üzə gələcək.

Turnir cədvəli baxımından oyun formal xarakter daşıyır. Lakin “ağ-qaralar” çempionatda 5 matçdır ki, qələbə qazana bilmirlər. Paytaxt klubu kubokun finalı öncəsində daha bir uğursuzluqla üzləşmək istəməz.

Msport.az xəbər verir ki, “Neftçi” “Kəpəz”lə görüşə itkilərlə çıxacaq. Eddi İsrafilov cəzalı olduğundan Gəncə təmsilçisinə qarşı oynaya bilməyəcək. Azər Əliyev isə zədəli olduğu üçün qarşılaşmanı kənardan izləyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu bu gün saat 18:00-da başlayacaq.

AYXAN

Bənzər xəbərlər