"Neftçi" Kverkveliyanın gedişini açıqladı
“Neftçi” müdafiəçi Solomon Kverkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı gürcü futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, 2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.







