"Neftçi" Meza Kollinin gedişini açıqladı
“Neftçi” Sezar Meza Kollinin gedişini açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən paraqvaylı oyunçu bu müddətdə 55 matçda meydana çıxıb, 6 qol vurub.







