featured-image-44388

“Neftçi” Azəbaycan Premyer Liqasının XXV turunun “Qarabağ”la oyununa itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək görüşdə “ağ-qaralar”ın 3 futbolçusu iştirak etməyəcək.

Fərdi olaraq hazırlıq keçən Azər Əliyev fizioterapiya prosesindədir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.

Qeyd edək ki, martın 3-də keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər