“Neftçi”nin baş məşqçisi boşandı: Təzminat ödəyəcək
“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfın boşanma ərizəsini qəbul edilib.
Msport.az-ın məlumatına görə, məhkəmə nikahın pozulmasına qərar verib. Nəticədə, 47 yaşlı mütəxəssis oğlu üçün xalis gəlirinin 1/6 hissəsi məbləğində təzminat ödəyəcək.
Bu məbləğ isə aylıq 1600 avro təşkil edir.
Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə bu ilin yayında 2 illik müqavilə imzalayıb.