“Neftçi”nin baş məşqçisi daha bir klubun hədəfində
“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniyanın daha bir klubunun baş məşqçi postuna əsas namizəddir.
Msport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, “Universitatya” (Krayova) klubu Mirel Redoyun istefasından sonra “ağ-qaralar”ın 47 yaşlı baş məşqçisini yenidən bu posta gətirməyi düşünür.
Xəbərdə “Neftçi”nin rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.
Regekampf 2021/22 mövsümündə “Universitatya Krayova”da çalışıb. Daha əvvəl onun “Styaua”ya dönmək ehtimalının olduğu da bildirilirdi.







