featured-image-30974

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf sabiq həyat yoldaşı Anamariya Prodanla barışıb.
Msport.az bu barədə keçmiş futbol agenti Rumıniya mətbuatına açıqlamasında deyib.
Prodan bildirib ki, media onların həyatından çıxdıqdan sonra münasibətləri düzəlib: “Hər şeydən, uşaqlardan danışırıq, heyrətamiz münasibətimiz var, heç bir problemimiz yoxdur. Hər şeyi müzakirə edirik, birlikdə qərar veririk. Tanrıya şükürlər olsun”.
Qeyd edək ki, ötən il Anamariya Prodandan ayrılan Regekampfın hazırda Korina Kaçuk adlı yeni sevgilisi var.

Bənzər xəbərlər