featured-image-29429

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Cari mövsümün sonunda “Neftçi”ni Qətər klubuna dəyişə bilər.

Msport.az “prosport.ru” saytına istinadən xəbər verir ki, ərəblər rumıniyalı mütəxəssisə sərfəli təklif göndəriblər.

İddiaya görə, hazırda tərəflər arasında danışıqlar davam edir. Razılıq əldə olunsa, 48 yaşlı mütəxəssis yayda “ağ-qaralar”ı tərk edəcək. Adı açıqlanmayan Qətər klubu Regekampfa illik 800 milyon avro məaaş təklif edib. Bonuslarla birlikdə bu məbləğin 1,2 milyon avroya çatacağı bildirilib.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

CAHİD

Bənzər xəbərlər