"Neftçi"nin baş məşqçisinə Sankt-Peterburqda böyük maraq - FOTO
Bir qrup rusiyalı azarkeş Sankt-Peterburqda “Neftçi”nin qaldığı otelə gələrək Adrian Mutu ilə görüşüblər.
Msport.xəbər verir ki, fanatlar rumıniyalı mütəxəssislə görüşə vaxtilə onun formasını geyindiyi klubların şarfları və formaları ilə gəliblər.
Onların arasında “Fiorentina”, “İnter”, “Yuventus” kimi komandaların azarkeşləri olub.
Xatırladaq ki, “Neftçi” “Parı Premyer” turnirində son oyununu iyulun 15-də “Fənərbaxça”ya qarşı keçirəcək. Daha sonra isə “ağ-qaralar” Moskvaya yollanaraq iyulun 18-də “Spartak”yoxlama görüşünə çıxacaq.








