featured-image-30410

Azərbaycan klublarının futbolçuları AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belarusun iyunda İsrail (16 iyun) və Kosovo (19 iyun) ilə keçirəcəyi oyunların genişləndirilmiş siyahısına daxil edilib.

Msport.az xəbər verir ki, 33 futbolçu arasında “Neftçi”nin hücumçusu Yeqor Boqomolski və “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko yer alıb. Qeyd edək ki, Xvalko ilk dəfə milliyə dəvət alır.

Qarşıdakı oyunlara yollanacaq 23 futbolçunun yekun siyahısı toplanış ərəfəsində açıqlanacaq.

Bənzər xəbərlər