featured-image-21442

“Neftçi”nin hücumçusu Qodsvey Donyonun Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.

Msport.az xəbər verir ki, sözügedən klubu qanalı forvardı rəsmi saytı vasitəsilə təqdim edib.

Tibbi müayinədən uğurla keçən 28 yaşlı futbolçu Limassol təmsilçisi ilə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

O,  Limassol təmsilçisinə keçidi haqda bunları deyib: “Burada olduğum üçün xoşbəxtəm. “Apollon”un mənimlə maraqlandığını eşidəndə mən də onlarla maraqlanmağa başladım. Klubun hədəfləri məni cəlb etdi. “Apollon” Kiprin titullu komandalarındandır.
Kiprdə oynayan dostlarım var. Onlarla ölkə, yerli çempionat haqda maraqlandım. “Apollon”la yanaşı, İsraildən təkliflərim var idi. Amma mən bu klubu seçdim. Sürətli futbolu, qaçmağı və qol vurmağı sevirəm. Hədəfləri olan klubda oynamaq istəyirdim. Əlimdən gələni etməyə çalışacam. Mənə inananları və azarkeşləri sevindirmək istəyirəm”

Xatırladaq ki, Azərbaycan klubuna yayda transfer olunmuş Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

Bənzər xəbərlər