"Neftçi"nin hücumçusu rusları təriflədi
Rusiyaya turnirdə oynamağa gələcəyimizi eşidəndə, ümumiyyətlə, siyasət haqqında düşünmədim. Çünki onu idmanla qarışdırmaq istəmirəm”.
Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Mateus Saldanya “sport24.ru” saytına açıqlamasında deyib.
Braziliyalı hücumçu bildirib ki, “Match TV” turnirində iştiraka müsbət reaksiya verib:
“İlk təəssürat ondan ibarətdir ki, insanlar bizi qonaqpərvərliklə qarşıladılar. Mən ruslar haqqında ancaq yaxşı sözlər deyə bilərəm”.
Qeyd edək ki, “Neftçi” turnirdə ki ilk oyunda “Zenit”ə 1:3 hesabı ilə uduzub.
CAHİD