featured-image-27629

“Neftçi” Premyer Liqanın XXX turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Msport.az xəbər verir ki, “Sumqayıt”la matçın ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 10-da məşqlərə başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən və bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ataa Caber və Vato Arveladze fərdi məşğul olublar.

Qeyd edək ki, aprelin 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da başlanacaq.

Bənzər xəbərlər