Neftçi”nin istədiyi futbolçu seçimini etdi
Adı “Neftçi” ilə hallanan Estoniya millisinin futbolçusu Yonas Tammın yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını Bolqarıstanda davam etdirəcək.
Təcrübəli oyunçu “Botev” komandası ilə anlaşıb. O, artıq yeni komandası ilə şəxsi müqavilənin detallarını razılaşdırıb.
Qeyd edək ki, Yonas Tammın son klubu “Stayua” olub.