"Neftçi"nin legioneri həmyerlilərini seçdi
“Neftçi”nin hücumçusu Mateus Saldanya “Match TV” turnirində uduzduqları “Zenit”in futbolçularının səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, braziliyalı forvard Sankt-Peterburq təmsilçisinin heyətində həmyerliləri Klaudinyo və Qustavo Mantuanı fərqləndirib:
“Zenit”də yaxşı, səviyyəli oyunçular var. Onlar avrokuboklarda oynasalar, çox şeyə nail olarlar. Mənə görə “Zenit”in ən parlaq oyunçuları Mantuan və Klaudinyodur”.
Qeyd edək ki, “Neftçi” ilk oyunda “Zenit”ə 1:3 hesabı ilə uduzub.







