"Neftçi"nin legioneri vətəndaşlığını niyə dəyişdi?
“Neftçi”nin futbolçusu Ataa Caberin İsrail vətəndaşlığı almasının səbəbi bəlli olub.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, İsrailin U-21 millisinin sabiq kapitanı müsəlman ailəsində anadan olduğu üçün bu addımı atıb.
29 yaşlı yarımmüdafiəçi müsəlmanların sxı yaşadığı Məcd-əl-Kurum bölgəsində doğulub.
Digər səbəb isə təcrübəli futbolçunun milli səviyyəsində beynəlxalq oyunlarda özünü sınamaq istəyidir.
Qeyd edək ki, Ataa ötən ilin yayından “Neftçi”də oynayır.







