“Neftçi”nin legionerləri komanda ilə birgə məşqlərə başladılar
“Neftçi”nin iki legioneri komanda ilə birlikdə məşqlərə başlayıb.
Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib.
O bildirib ki, yarımmüdafiəçi Ataa Caber və hücumçu Vato Arveladze artıq kollektivlə birlikdə çalışmalarda iştirak edirlər. Boynundakı ağrıdan əziyyət çəkən müdafiəçi Azər Əliyevin müalicəsi isə davam edir.
Qeyd edək ki, “Neftçi” növbəti oyununu bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”a qarşı keçirəcək.







