"Neftçi"nin müdafiəçisi "Fənərbağça" azarkeşi çıxdı
“Neftçi”nin futbolçusu Azər Salahlı Rusiyanın Sankt-Peterburq şəhərində davam edənm təlim-məşq toplanışını dəyərləndirib.
Msport.az xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi yeni mövsümə ciddi hazırlaşdıqlarını bildirib:
“İndi Konfrans Liqasının rəsmi oyunlarına intensiv hazırlıq gedir, amma yoldaşlıq matçlarına da ciddi yanaşırıq”.
O, uşaqlıqdan “Fənərbağça”ya azarkeşlik etdiyini və bu komanda ilə oyunu səbirsizliklə gözlədiyini vurğulayıb.
Qeyd edək ki, “Neftçi” turnirdəki ilk matçında “Zenit”ə 1:3 hesabı ilə uduzub. “Ağ-qaralar” iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək.







