“Neftçi”nin oyununda macar hakimlər
“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib. Msport.az xəbər verir ki, UEFA “ağ-qaralar”ın ev görüşünün təyinatlarını açıqlayıb.
Avqustun 3-dəki qarşılaşmanı macarıstanlı Balaj Berke idarə edəcək. Ona həmyerliləri Balaj Buzaş və Balaj Sert yardım edəcək. Bense Çonka isə dördüncü hakim olacaq.
Qeyd edək ki, “Neftçi” bu mərhələdə I raundun “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.







