featured-image-29411

“Neftçi”nin “Turan Tovuz” qarşısında rüsvayçı məğlubiyyəti günün əsas futbol hadisəsi oldu. “Ağ-qaralar”ın Tovuzda 4 top buraxması sosial şəbəkələrin Azərbaycan seqmentində əsas müzakirə mövzularından oldu.

Msport.az paytaxt klubunun 0:4 hesablı yenilgisi ilə bağlı sosial şəbəkələrdə yazılmış bəzi status və rəyləri təqdim edir:

Güloğlan Cabbarov (“Neftçi”nin sabiq idman direktoru): “Neftçi”sən axı, “Neftçi”sən flaqmansan. Avroliqalarda top koşduran tarixi komandasan. “Turan Tovuz”a 0:4 uduzmaq yaraşdımı sənə? Heçmi məsuliyyət yoxdur səndə?

Qəhrəman Qəhrəmanov (azarkeş): 1994 cü ildə Tovuzda Neftçi PFK -nın üstünə avtomat və bıçaq çıxaranda belə, Neftçi bu qədər bərbad oynamamışdı. Sadəcə ayıb olsub! Utanmazlar, padoş sifətlər”.

İlkin Sultanlı (jurnalist:) “Əvvəllər “Neftçi” müsbət mənada Azərbaycan futbolunda tarix yazırdı. İndi isə dövran dəyişib. Düzdü, “Neftçi” yenə tarix yazır, amma biabırçılıqla. Premyer-liqada “Turan Tovuz”un 4 qol vurduğu ilk klub flaqman oldu…

Səbuhi Səfiyarlı (menecer): “Bu qələbədən sonra Tovuzda “başıxamırrı” qalmayacaq) Görək “Neftçi”də kimin başı üstündə qalmayacaq…”

Heydər Rəsulzadə (azarkeş): “Qeşeeey bu rəhbərliknən bundan betər günə düşəsiz..Bir adam ki,bir gecənin içində Sumqayıtdan “Neftçi”yə gəlsin, ondan nə gözləyirsiz…Azcaaaa Vicdanıvız varsa, Tovuzda istefa verin …Gede belə sizden hörmətli getdi bu klubdan, amma siz pula görə istefa verə bilmirsiz”.

Araz Əhmədov (jurnalist) : “Neftçi”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində, “Turan”la oyunun nəticəsinin paylaşımlarının altındakı şərhləri oxumayın, məsləhət deyil”

Bənzər xəbərlər