“Neftçi”nin sabiq futbolçusu İtaliya yolunda
“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya daha bir klubun maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, “Partizan”ın hücumçusunun bu dəfə İtaliya A seriyasında oynamaq imkanı yaranıb.
Çünki braziliyalı forvardın adı “Torino” ilə birgə hallanır. Maraqlıdı ki, 24 yaşlı oyunçunu turinlilərə Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi təklif edib. İtaliyalı mütəxəssis Saldanyanı “Neftçi”də bir neçə dəfə izlədiyini və “Partizan”dakı yüksək səviyyəli çıxışı sayəsində daha böyük liqalarda oynamaq şansına layiq olduğunu bildirib.
Qeyd edək ki, Saldanya 2023-cü ilin ilk yarım ilini “Neftçi”də keçirib.