featured-image-29261

“Xəzər Lənkəran”, “Neftçi” klublarının sabiq futbolçusu Elnur Cəfərov qeyri-etik ifadə və hərəkətə görə cəzalanıb.

Msport.az xəbər verir ki, vaxtilə milli komandamıza da cəlb olunmuş futbolçu I divizionda “Kəpəz-2″nin heyətində “İmişli” ilə matçda ma qırmızı vərəqə alıb.

AFFA İntizam Komitəsi Cəfərovu 3 oyun cəzalandırıb, Gəncə klubu isə 160 manat cərimə ödəməli olacaq.

26 yaşlı futbolçu “Sumqayıt” və “Keşlə” klublarının da formasını geyinib. O, Portuqaliya “Tondela”sında legioner həyatı yaşasa da, baş məşqçi ilə qalmaqala görə qısa müddətdə komandadan qovulmuşdu.

Qeyd edək ki, futbolçu çıxış etdiyi əksər komandalarda məhz qalmaqalları ilə yadda qalıb.

AYXAN

Bənzər xəbərlər