featured-image-74644

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya Səudiyyə Ərəbistanında klubunu dəyişib.

Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Əl-Vəsl”dən “Şarja”ya icarəyə verilib.

Bu barədə “Əl-Vəsl”in mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Saldanya 2025-ci ildən “Əl-Vəsl”in formasını geyinirdi. O, 2022/2023 mövsümündə “Neftçi”nin heyətində 17 matçda meydana çıxıb və 5 qol vurub.

Bənzər xəbərlər