"Neftçi"nin seçiminə təəccübləndim, Mutunun təcrübəsi azdır" - Rumıniyada yaşayan jurnalist
“Açığı, “Neftçi”nin Adrian Mutu seçiminə bir az təəccübləndim”
Msport.az xəbər verir ki, bunu Rumıniyada yaşayan azərbaycanlı jurnalist Abbas Zahidi özünün feysbuk səhifəsində yazıb.
O, bildirib ki, 44 yaşlı mütəxəssis məşqçi kimi özünü hələ də tam göstərməyib: “Bəli, “Rapid” ilə uğurlu qələbə seriyaları olub. Amma bu, onun yaxşı məşqçi olduğundan xəbər vermir. Mutunun məşqçilik təcrübəsi də azdır. Regekapmf və Mutu arasında seçim olarsa, mən gözü yumulu “Rege”ni seçərdim”.
Zahidi Mutunun “Rapid”i heç avrokuboklara belə çıxartmadığını xatırladıb: “Konkret uğurları yoxdur. Onun yerinə mən hansısa gənc yerli məşqçiyə şans verərdim. Risk edirəmsə, elə özümüzünkü ilə olsun. Düzü, müqavilə hələ imzalanmayıb, amma GSP və “Digisport” bu barədə konkret rəqəmlərdən danışırlarsa, deməli nəsə var”.
Qeyd edək ki, Adrian Mutunun “Neftçi” ilə anlaşdığı bildirilir.







